Yaponiyada təbii fəlakət nəticəsində ölənlər və itkin düşənlər var

Tokio, 11 iyul , /AJMEDIA/

Güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri Yaponiyanın Kyüşü prefekturasında azı altı nəfərin həyatına son qoyub.
AJMEDIA xəbər verir ki, təbii fəlakət nəticəsində üç nəfərin itkin düşdüyü də bildirilir. Hazırdaaxtarış-xilas etmə işləri davam edir. Prefekturada yaşayan on minlərlə insanın təhlükəli ərazilərdən təxliyə edilməsi barədə göstəriş verilib.
Qeyd edək ki, Yaponiyanın cənub-qərbində ötən həftənin sonlarında başlayan güclü yağışlar çayların məcrasından çıxmasına və torpaq sürüşmələrinə səbəb olub.
NHK teleradio şirkətiı prefekturaya rekord həcmdə yağıntının düşdüyü barədə məlumat yayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts