Yaponiyada naməlum şəxs xəstəxana binasını atəşə tutub

Tokio, 31 oktyabr , /AJMEDIA/

Yaponiyanın Saytama prefekturasının Toda şəhərində naməlum şəxs xəstəxana binasını atəşə tutub və sonra motosikletlə hadisə yerindən uzaqlaşıb.

AJMEDIA Yaponiyan İctimai televiziyasına istinadla xəbər verir ki, əvvəlcə hadisənin xəstəxanada baş verdiyi deyilsə də, dəqiqləşdirilmiş məlumatda cinayətkarın kənardan binanın pəncərələrinə atəş açdığı bildirilir. İnsident nəticəsində ən azı iki nəfər xəsarət alıb.

Hadisəni törədən şəxs yaxınlıqda yerləşən Varabi şəhərinə qaçaraq poçt bölməsinin binasında barrikada qurub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində fəaliyyət göstərir. Yaxınlıqda yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə edilir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts