Tokio, 6 avqust , /AJMEDIA/
Avqustun 6-da Hiroşima şəhərində atom bombasının atılmasının 78-ci ildönümünü qeyd edilib.
AJMEDIA xəbər verir ki, mərasimdə atom bombasından sağ qalanlar, həmin bombardman nəticəsində ölənlərin ailə üzvləri, baş nazir Fumio Kişida, parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, ümumilikdə 50 min insan qatılıb.
Mərasimdə 111 ölkənin və Avropa İttifaqının nümayəndə heyətləri iştirak ediblər. Bu, indiyədək həmin mərasimə qatılan əcnəbilərin ən böyük göstəricisidir. Atom bombasının atıldığı anda, yerli vaxtla saat 8:15-də “sülh zəngi”nin səslənməsi ilə bir dəqiqəlik sükut elan olunub.
Hiroşimanın Sülh Xatirə Parkında keçirilən sülh anım mərasimində bələdiyyə sədri Kazumi Matsui sülh bəyannaməsində mayda bu şəhərədə G7 Zirvə toplantısının əhəmiyyətini vurğulayıb. Digər ölkələrin siyasətçilərini G7 liderlərinin ardınca Hiroşimaya səfər etməyə və sülh naminə işləməyə çağırıb.
Mer öz bəyanatında vurğulayıb ki, hər bir ölkənin lideri keçmişin kədər və nifrətinə qalib gələrək bütün bəşəriyyətin birgə və firavan yaşaması üçün səylə çalışmalıdır. Bunun üçün mümkün qədər tez konkret tədbirlər görülməsinin zərurliyini bildirib.
Mərasimdə çıxış edən baş nazir F.Kişida G7 liderlərinin sammitini yüksək qiymətləndirib. “Biz nüvə silahsının ləğvi istiqamətində beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini yüksəldə bildik”, – deyən baş nazir nüvə silahı olmayan dünyanın reallaşması istiqamətində fəal işləməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, yeni koronavirusun yayılması ilə əlaqədar olaraq, son üç ildə tədbirin miqyası azaldılıb və ötən ilki tədbirdə 2800-ə yaxın insan iştirak edib. Bu il tədbir öz adi ölçüsünə qaytarılıb və iştirakçılar üçün təxminən 7000 yer ayrılıb. Bu keçən ildə olduğundan təqribən iki dəfə çoxdur.
Vüqar Ağayev