Tokio, 6 iyul , /AJMEDIA/
Yaponiyanın Şizuoka prefekturasında tikilməkdə olan estakadanın bir hissəsi çöküb.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində səkkiz işçi xəsarət alıb. Onlardan ikisi kliniki ölüm vəziyyətindədir.
Hazırda fövqəladə hallar xidməti hadisə yerində işləyir, baş verənlərin səbəbləri araşdırılır.