Yaponiya xilasediciləri Türkiyəni tərk etməzdən əvvəl bu addımı atıblar

Tokio, 16 fevral , /AJMEDIA/

Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl zəlzələdə həlak olanların xatirəsini yad ediblər.

AJMEDIA xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Dünyada zəlzələlərdən ən çox əziyyət çəkən Yaponiyadan Türkiyəyə gələn xilasetmə qrupu artıq geri qayıdırlar.

Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl zəlzələdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Onların bu addımı hər kəsi təsirləndirib.

Yapon xilasediciləri Türkiyədən qayıtdıqdan sonra alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan etnik türklər Tokio hava limanında xilasediciləri yapon dilindən tərcümədə “təşəkkür edirəm” mənasını verən “arigato” yazıları ilə qarşılayıblar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts