Yaponiya və Dünya Bankının birgə təqaüd proqramına sənəd qəbulu aparılır

Tokio, 25 fevral, /AJMEDIA/

Yaponiya və Dünya Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün Amerika, Avropa, Afrika, Okeaniya və Yaponiyanın 26 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin magistratura səviyyəsində təhsili məqsədilə birgə həyata keçirilən təqaüd proqramına sənəd qəbulu davam edir.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət üçün son tarixlər fevralın 28-i (6 universitet üzrə) və mayın 27-dir (20 universitet üzrə).

Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts