Tokio, 20 may , /AJMEDIA/
Yaponiya və Cənubi Koreya hökumətləri hərbçilər arasında dayandırılmış mübadilələri bərpa etmək niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Məlumata görə, tərəflər mayın 31-dən iyunun 2-dək Sinqapurda keçiriləcək Asiya Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkənin müdafiə nazirlərinin görüşünün təşkili barədə razılığa gəliblər.
Xatırladaq ki, 2018-ci ilin dekabrında Cənubi Koreya donanmasının gəmisinin Yapon patrul təyyarəsini radarla ələ keçirməsi hadisəsindən sonra iki ölkə arasında hərbi mübadilələr dayandırılıb.