Yaponiya və ABŞ Şərqi Çin dənizində böyük hava təlimləri keçirib

Tokio, 14 iyul , /AJMEDIA/

Yaponiya və ABŞ Yapon dənizi, Şərqi Çin dənizi, həmçinin Sakit okean üzərində böyük hava təlimləri keçirib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edilir ki, təlimlərdə Yaponiyanın Özünümüdafiə və ABŞ-ın Hərbi Hava qüvvələrinin 50-dək aviasiya texnikası iştirak edib. ABŞ tərəfindən təlimlərdə dörd “F-35A” təyyarəsinin iştirakı xüsusi vurğulanır.
Bildirilir ki, təlimlərin məqsədi müxtəlif taktiki manevrlərin həyata keçirilməsi və Yaponiya Özünümüdafiə Qüvvələri ilə ABŞ Hərbi Hava Qüvvələri arasında əlaqələndirmənin səviyyəsini artırmaq olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts