Yaponiya Ukraynaya dağıdılmş infrastrukturu bərpa etməyə yardım edəcək

Tokio, 20 iyun , /AJMEDIA/

Yaponiya ilə Ukrayna arasında Rusiya işğalı nəticəsində böyük dağıntılara məruz qalmış infrastrukturun bərpasıa barədə razılıq əldə edilib.
AJMEDIA xəbər verir ki, bu barədə Anlaşma Memarandumu Yaponiyanın bərpa işləri üzrə nazir müavini Hiromiçi Vatanabe ilə Ukraynanın Baş nazirinin bərpa şləri üzrə müavini Alekandr Kubrakov arasında Tokioda imzalanıb. Yapon mütəxəssilərin yaşayış məntəqələrinin bərpası, su-kanalizasiya sisiteminin və nəqliyyat infrastrukturunun yenidən qurulması, həmçinin məktəblərin inkişafı ilə bağlı təcrübələrini Ukayna tərəfi ilə bölüşəcəyi bildirilir.
Yaponiya Bərpa və İnkişaf Nazirliyinin saytında bununla əlaqədar yerləşdirilmiş məlumatda deyilir: “Bu Memaranduma əsaslanaraq, Bərpa və İnkişaf Nazirliyi Yaponiyanın Böyük-Şərq zələzləsindən sonra əldə edilmiş təcrübəsi əsasında Ukraynanın qarşılaşdığı problemləri aradan qaldırmağa öz töhfələrini verməyə çalışacaqdır”.
Xatırladaq ki, Yaponiya hökuməti Uktaynaya artıq 7,6 milyard dollar həcmində yardım edib. Kiyevə həmçinin zirehli geyim, dəbilqə, yük avtomobilləri və quru ərzaq şəklində yardımlar da göstərilib.
Mayda isə Yaponiya Ukraynaya 100 hərbi avtomobil göndərib və Rusiyaya qarşı sanksiyaları genişləndirib. İyunda Baş nazir Fumio Kişida bildirib ki, Tokio Kiyevə minalardan təmizləmə və bərpa işlərində yardım edəcəkdir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts