Yaponiya Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək

Tokio, 26 yanvar, /AJMEDIA/

Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 26-da parlamentin büdcə komissiyasının iclasında keçirilən müzakirələr zamanı bildirib.

“Biz böyük narahatlıqla Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvələrini toplamasını izləyirik. Bununla əlaqədar biz G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcəyik”, – deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, son günlər Qərb ölkələrində və Kiyevdə Rusiyanın Ukrayna ərazilərinə təcavüzə hazırlaşdığı barədə xəbərlər yayılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts