Yaponiya Türkiyəyə əlavə 8,5 milyon dollar məbləğində fövqəladə yardım göstərəcək

Tokio, 17 fevral , /AJMEDIA/

Yaponiya Türkiyəyə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və çoxsaylı insan tələfatı ilə əlaqədar əlavə 8,5 milyon dollar dəyərində yardım göstərəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida fevralın 17-də axşam saat 18:00 radələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan telefon danışığı zamanı bildirib.
Baş nazir əvvəlcə Türkiyə prezidentinə ölkənin cənub-şərqində baş verən və çoxsaylı insan tələfatına səbəb olan təbii fəlakətlə əlaqədar başsağlığı verib, zərərçəkənlərin dərdinə şərik olduqlarını qeyd edib.
F.Kişida Yaponiya Təbii Fəlakətlər Zamanı Yardım Xidmətinin xilasetmə qrupunun və tibb briqadasının yardımı, eyni zamanda ilkin tələbat əşyalarının çatdırılması ilə yanaşı, Türkiyə tərəfinə 8,5 milyon dollar həcmində fövqəladə yardımın göstərilməsi və yardım mallarının göndərilməsi barədə qərar qəbul olunduğunu deyib. Baş nazir həmçinin əlavə edib ki, Yaponiya hökuməti Türkiyəyə zərərçəkmiş rayonların dirçəldilməsi ilə əlaqədar maksimum kömək etməyə hazırdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığına və göstərilən yardıma görə minnətdarlığını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts