Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair bəzi məsələlər müzakirə olunub

Tokio, 14 iyun , /AJMEDIA/

Yaponiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, nazir müavini xanım Honda Akiko ilə görüşən Fuad Muradov son illər Yaponiyada təhsil alan azərbaycanlıların sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib, onların bu ölkənin böyük şirkət və müəssisələrində təcrübə keçməsinin Azərbaycana peşəkar mütəxəssislər qazandıracağını söyləyib. Səfər zamanı həmin tələbələrlə də görüşdüyünü xatırladan F.Muradov komitənin gənclərlə, xüsusən xaricdə təhsil alan tələbələrlə bağlı həyata keçirdiyi layihələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin və tələbə-təcrübə mübadiləsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Komitə sədri, həmçinin Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Akira Amari ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

Səfərin məqsədi, komitənin fəaliyyəti barədə məlumat verən F.Muradov dövlətlərarası münasibətlərdə diasporun güclənən rolundan, Yaponiyada təhsil alan azərbaycanlıların sayının getdikcə artmasından danışıb və Akira Amarini Azərbaycana səfərə dəvət edib.

Sonra parlament binası ilə tanışlıq olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts