Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv edib

Tokio, 30 may, /AJMEDIA/

Yaponiya hökuməti Suriyaya qarşı sanksiyaları qismən ləğv etmək qərarına gəlib.

AJMEDIA xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yeşimasa Hayaşi bunu mətbuat konfransında deyib.

“Biz beynəlxalq ictimaiyyətlə birlikdə Suriyanın sülh və sabitliyə doğru müsbət səylərini dəstəkləmək və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yardım etmək üçün dörd bank üzərindəki sanksiyaları ləğv etmək qərarına gəldik”, – deyə o bildirib.

Yaponiya hökumətinin məlumatına görə, Suriyanın “Industrial Bank”, “Popular Credit Bank”, “Saving Bank” və “Agricultural Cooperative Bank” banklarına qarşı sanksiyalar ləğv edilib.

Qeyd edək ki, bir müddət öncə, ABŞ Maliyyə Nazirliyi Suriyada əvvəllər qadağan olunan əməliyyatlara rəsmi icazə verib. Belə ki, “Syrian Air” aviaşirkəti, “Sytrol” neft şirkəti, “Suriya Mərkəzi Bankı” və bir neçə digər təşkilat sanksiya siyahısından çıxarılıb.

Birləşmiş Ştatların ardından Avropa İttifaqı da Suriyaya qarşı bütün iqtisadi sanksiyaların aradan qaldırıldığını, həmçinin ərəb ölkəsinin 24 strukturunun qara siyahıdan çıxarıldığını bəyan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts