Yaponiya Şimali Koreyaya raket buraxılışına görə etiraz edib

Tokio, 24 iyul , /AJMEDIA/

Yaponiya hökuməti bazar ertəsi iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.
AJMEDIA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə çatdırılıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər 350-400 kilometr məsafədə uçaraq Yapon dənizinə – Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts