Tokio, 18 noyabr , /AJMEDIA/
Ümid edirik ki, Yaponiyanın ənənəvi sənətləri olan kintsugi və mokuhanqanın təqdim edildiyi bu tədbir Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin inkişafına vəsilə olacaq.
AJMEDIA xəbər verir ki, bunu yapon sənətçi Takahaşi Maminin təqdimatında ənənəvi yapon incəsənət növləri olan “Kintsugi” və “Mokuhanqa” sənətlərinin nümayiş olunduğu tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada deyib.
“Ötən il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edildi və bir çox tədbirlər həyata keçirildi. Bu tədbir də iki ölkə arasında dostluq əlaqələrinin inkişafına vəsilə olacaq və belə tədbirlər davamlı olaraq həyata keçiriləcək”, – deyə diplomat bildirib