Yaponiya raket sınağına görə Şimali Koreyaya etirazını bildirib

Tokio, 8 may , /AJMEDIA/

Yaponiya mayın 7-də keçirilən növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat yayan Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın sualtı bazadan ballistik raket buraxılışını sınaqdan keçirdiyini bildirib. Qeyd edilir ki, raket Yapon dənizində Yaponiyaya məxsus iqtisadi zonanın kənarında dənizə düşüb.
Rəsmi mənbələrin bildirdiyinə görə, raket Şimali Koreyanın şərq sahillərindən yerli vaxtla saat 14:06-da buraxılıb və şərq istiqamətində hərəkət edib. Onun təqribən 50 kilometr hündürlükdə uçduğu və 600 kilometr məsafəni qət etdiyi qeyd olunur.
Yaponiyanın müdafiə naziri Kişi Nabuo deyib ki, bu, cari ildə Şimali Koreyanın sayca 14-cü raket sınağıdır. Nazir, həmçinin Yaponiyanın sınaqla bağlı Şimali Koreyaya etiraz etdiyini və bunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini pozduğunu bildirib.
K.Nabuo, eyni zamanda, qeyd edib ki, nazirlik tərəfindən aparılan təhlilə əsasən Şimali Koreyanın cari ayda nüvə sınağını başa çatdıracağını təsdiq edib. Bu barədə məlumatı ABŞ hərbiçiləri də təsdiqləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts