Tokio, 17 sentyabr , /AJMEDIA/
Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi və “Mitsubishi Heavy Industries” birgə yeni nəsil daşıyıcı raket üçün metan mühərriki hazırlamaq niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, artıq bununla bağlı birinci mərhələnin başlanıldığı qeyd edilir. Yapon mütəxəssisləri böyük raket mühərrikləri üçün bu növ yanacaqdan birbaşa istifadə etməklə yanaşı, Yaponiyanın hazırda kosmik buraxılışlar üçün istifadə etdiyi ilə müqayisədə onun çəkisini və dəyərini azaldacaq yeni raket konstruksiyasını da nəzərdən keçirməlidir.
Mühərrikin inkişafı plana uyğun olaraq davam edərsə, yeni raketin ilk buraxılışı təxminən 2030-cu ildə reallaşacaq. Metan Yaponiyada məişət qazının əsas maddəsidir. Hidrogendən daha asan idarə olunur və partlayışlara daha az meyillidir.
Gələcəkdə metanla işləyən raketlər Yaponiyanın 2000-ci illərdən istismarda olan köhnəlmiş H3 daşıyıcı aparatını əvəz etməli olacaq.