Yaponiya portalı Prezident İlham Əliyevin İtaliya səfəri barədə məlumatlar yayıb

Tokio, 4 sentyabr , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya səfəri, burada keçirdiyi görüşlər və Çernobbio şəhərində təşkil edilən forumda çıxışı barədə məlumatlar yayıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak etdiyi, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirildiyi əksini tapıb.
Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.
Məlumatlarda Azərbaycanın dövlət başçısının İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakından da bəhs olunub. Yazılarda Prezident İlham Əliyevin həmin forumdakı çıxışından müxtəlif məqamlara da yer verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts