Yaponiya portalı Brüssel görüşünü geniş işıqlandırıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son üçtərəfli görüşü ətraflı işıqlandırıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda üçtərəfli görüş və görüşün yekunlarına dair Şarl Mişelin bəyanatı yer alıb. Qeyd olunub ki, Aİ Şurasının Prezidenti Brüssel görüşündə Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Ş.Mişel, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişlərin və sabit vəziyyətin daha yaxşı təmin edilməsinin nəzərdən keçirildiyini, Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu deyib.
Aİ Şurasının Prezidenti əlavə edib ki, görüş zamanı nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr də nəzərdən keçirilib. Hər iki tərəfin əhalisini uzunmüddətli və dayanıqlı sülhə hazırlamağın vacibliyi vurğulanıb.
Məlumatlarda Ş.Mişelin Aİ-nin hər iki ölkənin əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcəyini söylədiyi də əksini tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts