Yaponiya portalı Azərbaycan Prezidentinin bu ilin altı ayının yekunlarına dair müşavirədəki çıxışından yazıb

Tokio, 17 iyul , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin altı ayının yekunlarına dair müşavirədəki çıxışındakı xüsusi məqamlardan yazıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin müşavirədə Ermənistan rəhbərliyinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün konkret addımlar atmamasını tənqid etdiyi qeyd olunub. Prezident İlham Əliyevə istinadla bildirilir ki, Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi müsbət hal olsa da, hələlik konkret addımlar yoxdur.
Azərbaycan dövlətinin başçısının Ermənistanın 10 noyabr 2020-ci il tarixli Bəyannaməsinə əməl etməməsi ilə bağlı fikri də yaponiyalı oxuculara təqdim olunub: “Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir”.
Məlumatlarda Azərbaycan Prezidentinin işğaldan azad edilən Qarabağın və Zəngəzurun yenidən qurulması mövzusuna xüsusi toxunduğu, həmin bərpa və quruculuq işlərinin Azərbaycanın öz gücü ilə həyata keçirildiyi xüsusi qeyd edilir. Bildirilir ki, Azərbaycan rəhbərliyi əhalinin rifah halının yaxşılaşmasına xidmət edən sosial-iqtisadi siyasət yürütməklə yanaşı, ordu quruculuğu məsələlərini də xüsusi diqqətdə saxlayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts