Tokio, 10 fevral, /AJMEDIA/
Yaponiyanın paytaxtı Tokioya yağacağı proqnozlaşdırılan güclü qar səbəbindən “Haneda” aeroportundan 200-dən çox aviareys təxirə salınıb.
AJMEDIA xəbər verir ki, “JR East” dəmir yol şirkəti də Tokionu Naqano və Yamanaşi prefekturaları ilə birləşdirən sürətli “Shinkansen” qatarlarının hərəkətini dayandırıb. Həm aviaşirkətlər, həm də dəmir yolu şirkəti sərnişinlərdən son məlumatları diqqətlə izləməyi xahiş edirlər.
Bununla yanaşı, Yaponiya paytaxtının ödənişli sürətli yollarının bağlandığı da qeyd edilir. Bildirilir ki, həmin yolların buz bağlaması nəqliyyatın hərəkətində böyük problemlər yarada bilər.
Sinoptiklərin proqnozlarına görə, Tokioya 5 santimetr, Yamanaşi prefekturasına isə 30 santimetrədək qar yağacağı gözlənilir.