Tokio, 9 oktyabr, /AJMEDIA/
Yaponiya Hökuməti parlamentin aşağı palatasının buraxılması və vaxtından əvvəl ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
AJMEDIA xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən iclasında qəbul edilib. Parlamentin aşağı palatasının buraxılması barədə təklifi Baş nazir Şiqeru İşiba irəli sürüb. Bu təklif hökumət üzvləri tərəfindən qəbul olunub. Parlament seçkisi oktyabrın 27-nə təyin olunub.
Yaponiya konstitusiyasına əsasən, parlamentin aşağı palatasının buraxılması barədə təklif İmperator Naruhito tərəfindən də təsdiq edilməlidir.
Qeyd edək ki, Şiqeru İşiba sentyabrın 27-də hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçildikdən sonra vaxtından əvvəl parlament seçkilərinin anonsunu vermişdi.