Yaponiya növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib

Tokio, 5 iyun , /AJMEDIA/

Yaponiya hökuməti növbəti ballistik raket sınağına görə Şimali Koreyaya etirazını bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın müdafiə naziri Nabuo Kişi məlumat verib.
“Şimali Koreya raket sınaqlarını indiyədək görünməmiş dərəcədə sürətləndirir. Bu cür hərəkətlər həm ölkəmiz üçün, həm də bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir. Bununla əlaqədar, Pekindəki səfirliyimiz vasitəsilə Şimali Koreyaya etirazımızı bildirmişik”, – deyə N.Kişi qeyd edib.
Nazir sözlərinə görə, əldə edilən məlumatlara əsasən Şimali Koreya tərəfindən səkkiz ballistik raketin buraxılışı həyata keçirilib.
N.Kişi, həmçinin raketlərin maksimum uçuş hündürlüyünün təqribən 100 kilometr, uçuş məsafəsinin isə 400 kilometr təşkil etdiyini də bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts