Yaponiya Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək

Tokio, 22 sentyabr , /AJMEDIA/

Yaponiya Mərkəzi Bankı iki gün davam edən iclasın nəticələrinə əsasən, özünün yumşaq pul siyasətini davam etdirmək qərarına gəlib.

AJMEDIA xəbər verir ki, bazarın stimullaşdırılması üçün bank qısamüddətli faiz dərəcəsini 0,1 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Eyni zamanda, ölkənin əsas maliyyə tənzimləyicisi uzunmüddətli kreditlər üçün faiz dərəcəsi tavanının bazardakı vəziyyətdən asılı olaraq 1 faiz səviyyəsində saxlanılması barədə qərarı qüvvədə saxlayıb.

Sərmayəçilərin gözləntilərinə uyğun gəldiyi üçün valyuta bazarı Mərkəzi Bankın qərarına mülayim reaksiya verib. Yenin dollar qarşısında məzənnəsi 0,15 faiz səviyyəsində güclənib və 1 dollara görə 148,01-148,02 yenə yüksəlib. Yerli analitiklər isə ümumilikdə milli valyutanın dollara nisbətdə ucuzlaşacağını proqnozlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts