Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Tokio, 26 iyun , /AJMEDIA/

Britaniyaya səkkiz günlük səfəri çərçivəsində Yaponiya İmperatoru Naruhito və xanımı Masako üçün Bukinqem sarayında rəsmi ziyafət verilib.

AJMEDIA xəbər verir ki, Yapon imperatoru ziyafət öncəsində Atlı Mühafizəçilər Paradı (Horse Guards Parade) adlanan meydanda təntənəli şəkildə qarşılanıblar.

Daha sonra Kral Çarlz Yaponiya İmperatoru Naruhito, Kraliça Kamilla isə İmperatorun xanımı Masako ilə birgə faytonlarla Bukinqem sarayına yola düşüblər. Onlar saraydakı kral artefaktlarının sərgisində iştirak ediblər. Daha sonra isə Yapon İmperatoruna sarayda təmtəraqlı dövlət ziyafəti verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts