Yaponiya hökumətinin yanında sabiq Baş nazirə hücumla bağlı böhran qərargahı yaradılıb

Tokio, 8 iyul , /AJMEDIA/

İyulun 8-də Yaponiyanın sabiq Baş naziri Şinzo Abeyə hücumla bağlı Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb. Qərargaha rəhbərlik edən Baş nazir Fumio Kişida bütün planlarını təxirə salaraq təcili Tokioya qayıdıb.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hadisə ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı bildirib.
“Biz şok vəziyyətindəyik və baş verənləri kəskin şəkildə pisləyirik”, – deyə baş katib vurğulayıb. H.Matsuno qeyd edib ki, bütün planlarını təxirə salan Baş nazir Fumio Kişida təcili olaraq Tokioya, öz ofisinə qayıdır. Buna qədər Baş nazir ölkənin şimal-şərqindəki Yamaqata prefekturasında iyulun 10-da keçiriləcək parlamentə seçki kampaniyası ilə bağlı tədbirlərə qatılmışdı.
Xəbər verdiyimiz kimi, iyulun 8-də Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə odlu silahdan hücum edilib. Baş nazir huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun ürəyinin dayandığı və nəfəs almadığı qeyd edilir.
Əldəqayırma silahdan atəş açan şəxs hadisə yerində saxlanılıb. Onun 41 yaşlı Tetsuya Yamaqami olduğu bildirilir. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts