Yaponiya hökuməti zəlzələ zamanı dağılan Noto bölgəsinin bərpası üçün lotereya satışına başlayır

Tokio, 31 mart , /AJMEDIA/

Yaponiya hökuməti yanvarın 1-də baş verən güclü zəlzələ nəticəsində xeyli ziyan görmüş Noto bölgəsinin bərpasının maliyyələşdirilməsi üçün 2 lotereyanın satışına başlayır.

AJMEDIA Yaponiya mediasına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin buraxdığı lotereyaların satışından 4 milyard yen (təxminən 26,5 milyon ABŞ dolları) vəsait yığılacağı gözlənilir. Nazir Matsumoto Takeaki əhalini lotereyaları almağa, bununla da Noto bölgəsinin bərpasına dəstək olmağa çağırıb.

Onlayn “QuickOne” lotereyasının satışına aprelin 1-də, “Dream Jumbo” lotereyasının satışına isə mayın 8-dən başlanılacaq.

Qeyd edək ki, yanvarın 1-də Noto yarımadasında baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 230-dan çox insan ölüb, 43 mindən çox ev dağılıb, infrastruktura ciddi ziyan dəyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts