Tokio, 21 iyun , /AJMEDIA/
Yaponiya hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və minadan təmizləmə işlərinə dəstək göstərməyə hazırdır.
AJMEDIA xəbər verir ki, bunu “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatlarin təmin edilməsi” layihəsinin təqdimatında iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cunici jurnalistlərə açıqlamasında deyib.
Vada Cunici bildirib ki, yapon şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşıl enerji zonasının yaradılmasında əməkdaşlıq edirlər. “Yaşıl enerji zonasının master planı yapon şirkəti tərəfindən hazırlanıb. Bu master plan əsasında istərdik ki, daha konkret layihələr, məsələn “ağıllı” enerji, şəhərlər kimi layihələr də həyata keçirilsin” – deyə, Yaponiyanın Azərbaycandakı səfiri qeyd edib.