Yaponiya hökuməti Ukraynadan gələn qaçqınları qəbul etməyə razılıq verib

Tokio, 3 mart , /AJMEDIA/

Yaponiya yaxın vaxtlarda Ukraynadan olan qaçqınları qəbul edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Polşanın Baş naziri Mateuş Moravetski ilə aparılan telefon danışıqlarından sonra bəyan edib.

“Qohumları Yaponiyada yaşayan ukraynalıların qəbulu barədə artıq qərar qəbul edilib. Lakin biz bununla kifayətlənməyəcəyik və Ukraynadan olan qaçqınlara humanitar yardımlar göstərəcəyik”, – deyə Baş nazir bildirib.

Baş nazir, həmçinin Ukraynanı tərk edərək üçüncü ölkələrdə sığınacaq tapanlar da daxil olmaqla bu ölkənin sakinlərinə beynəlxalq institutlar vasitəsilə əlavə 100 milyon ABŞ doları həcmində yardım göndəriləcəyini də qeyd edib.

Jurnalistlərin sualını cavablandıran F.Kişidanın sözlərinə görə, Almaniya və Polşanın baş nazirləri ilə telefon danışığında yalnız humanitar məsələlər, ukraynalı qaçqınlara dəstək məsələləri müzakirə edilib. Söhbət zamanı enerji məsələlərindən danışılmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts