Yaponiya Çindən Tayvan yaxınlığında keçirilən hərbi təlimləri dayandırmağı tələb edib

Tokio, 5 avqust , /AJMEDIA/

Yaponiya hökuməti Çindən Tayvan yaxınlığında keçirilən hərbi təlimləri dayandırmağı tələb edib. Təlimlər zamanı buraxılan raketlərin Yaponiyaya məxsus iqtisadi zonaya düşdüyü bildirilir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida avqustun 5-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə keçirilən görüşün yekunlarını şərh edərkən bəyan edib.
“Çin tərəfindən buraxılan raketlər bizim məxsusi iqtisadi zonamız da daxil olmaqla ölkəmizin yaxınlığına düşüb. Bu, ölkəmizi və əhalimizi təhlükə qarşısına qoyan ciddi problemdir. Bununla əlaqədar biz Çinin hərəkətlərini pisləyirik və buna etirazımızı bildirmişik. Bundan əlavə, Çinin hərəkətləri həm regionda, həm də bütün dünyada sülhə və sabitliyə ciddi təhdiddir. Biz Çindən təlimlərin dərhal dayandırılmasını tələb edirik”, – deyə Baş nazir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts