Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Tokio, 17 iyun , /AJMEDIA/

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Araşdırma Missiyası Orta Dəhliz üzrə logistika imkanlarını araşdırmaq məqsədilə ölkəmizdə səfərdədir.
Dövlət Gömrük Komitəsindən AJMEDIA-ya bildirilib ki, iyunun 16-da DGK-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Şərqi, Mərkəzi Asiya və Qafqaz Departamentinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Gasavara Kenjinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsinin əhəmiyyəti, Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verilib.
Görüşdə Mərkəzi Asiya və Cənubi Qafqaz arasında Xəzər dənizi marşrutu üzrə logistika vəziyyəti təhlil edilib, əlaqəli ölkələrlə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Yekunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts