Yaponiya, ABŞ və Cənubi Koreyanın rəsmiləri Şimali Koreyanın raket buraxılışını telefonda müzakirə ediblər

Tokio, 9 oktyabr , /AJMEDIA/

Yaponiya, ABŞ və Cənubi Koreyanın yüksək vəzifəli rəsmiləri Şimali Koreyanın son ballistik raket buraxılışlarını telefon danışığı zamanı müzakirə ediblər.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə bürosunun rəhbəri Funakoşi Takehiro oktyabrın 9-da səhər saatlarında ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim və Cənubi Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Kim Qan ilə telefonla danışıb.
Rəsmi nümayəndələr Şimali Koreyanın ötən ayın sonlarından həyata keçirdiyi raket sınaqlarının regional təhlükəsizlik üçün əsaslı təhdid və beynəlxalq ictimaiyyətə qarşı ciddi çağırış olduğunu təsdiq ediblər.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şimali Koreyaya ünvanlanan tənqidinin Pxenyan tərəfindən kəskin reaksiya ilə qarşılanması da telefon danışığı zamanı müzakirə olunub. BMT-nin qeyd etdiyi kimi Şimali Koreyanın raket sınaqları mülki aviasiya üçün ciddi təhdiddir.
Rəsmi nümayəndələrin regionda sabitliyin qorunması üçün sıx əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəldiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts