Yaponiya, ABŞ və Cənubi Koreya hərbiçiləri Şimali Koreya tərəfindən təhlükə ilə bağlı məsələləri müzakirə ediblər

Tokio, 22 oktyabr , /AJMEDIA/

Yaponiya özünümüdafiə qüvvələrinin rəhbərliyi ABŞ və Cənubi Koreyanın silahlı qüvvələrinin rəhbərləri ilə Şimali Koreya tərəfindən artmaqda olan təhlükə məsələlərini müzakirə edib.
AJMEDIA Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, özünümüdafiə qüvvələrinin qərargah rəisi general Yamazaki Koci, ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Milli və Cənubi Koreyanın birləşmiş qərargah rəisləri komitəsinin sədri general Kim Sın Qyom Pentaqonda keçirilən görüş zamanı həmin məsələləri müzakirə ediblər.
Qeyd edilir ki, görüş zamanı Şimali Koreya tərəfindən son raket buraxılışları və bu ölkənin nüvə proqramının inkişafı məsələlərinə toxunulub. Tərəflər arasında regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli və üçtərəfli əlaqələndirmənin zəruriliyi qeyd edilib.
General M.Milli ABŞ-ın Yaponiyanın və Cənubi Koreyanın müdafiəsinə sadiqliyini bir daha vurğulayıb.
ABŞ Müdafiə Nazirliyini yaydığı məlumata görə, dövlət katibinin müavini Vendi Şerman Yaponiya xarici işlər nazirinin müavini Mori Takeo və Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hyon Don ilə danışıqlar aparmaq üçün gələn həftə Tokioya səfər edəcək.
Xatırladaq ki, bu rəsmi şəxslər Şimali Koreya tərəfindən oktyabrın 4-də Yaponiya üzərindən uçan ballistik raketin buraxılışından sonra telefonda məsələni müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts