Yapon professor: Ermənilərin Qarabağdakı faydalı yataqları talan etməsi yalnız Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir

Tokio, 26 dekabr , /AJMEDIA/

Xankəndində yaşayan ermənilərin rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazilərdəki faydalı yataqları talan etməsi yalnız Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Keyo Universitetinin professoru xanım Yoko Hirose azərbaycanlı ekoloqların və ictimai fəalların Xankəndi-Laçın yolunda artıq iki həftədir davam edən etirazlarını şərh edərkən bildirib. Azərbaycanlıların öz torpaqlarında yerləşən təbii sərvətlərin talan edilməsinə qarşı etirazlarının haqlı olduğunu vurğulayan professor qeyd edib ki, bu, təkcə Azərbaycan üçün deyil, dünya üçün çox vacibdir.
Rusiyalı sülhməramlıların ərazidəki məslə ilə bağlı mövqeyini şərh edən Y.Hirose bildirib ki, onların hazırda həmin ərazilərdə qalması tamamilə faydasızdır. Qoşunlarının əksər hissəsini Ukraynaya göndərən Rusiyanın keçmiş SSRİ-yə daxil olmuş bütün torpaqları qorumaq niyyəti də yersizdir. Çünki Rusiyanın bunun üçün kifayət qədər gücü yoxdur.
Ümumiyyətlə hazırda Qarabağda baş verən proseslərin Ukraynada olduğu kimi, tanınmamış dövlətlər və hibrid müharibələr konsepsiyasına uyğun olaraq davam etdiyini bildirən professor qeyd edib ki, bunun arxasında bir sıra qüvvələrin imperialist maraqları dayanır. Həmin qüvvələr hələ də keçmiş Sovet İttifaqı ərazisində öz hegemonluqlarını saxlamağa çalışırlar.
Y.Hirose bir sıra kütləvi-informasiya vasitələrinin azərbaycanlıların Laçın dəhlizini bağlaması ilə bağlı yalan məlumatlar yayması məsələsinə də toxunub. Qeyd edib ki, bu yalan məlumatlar əsasən real vəziyyətdən xəbəri olmayan sadə oxuculara hesablanıb. Hazırda Xankəndini Ermənistanla birləşdirən həm köhnə, həm də Azərbaycanın çəkdiyi yeni yolun açıq olmasına diqqət çəkən professor təəssüflə bildirib ki, bəzi ermənipərəst siyasətçilər və media bu yalanı dəstəkləyir. “Belə saxta xəbərlər müharibələrin ən güclü silahlarından biridir və ermənilər bundan istifadə etməyə çalışırlar. Bunun qarşısını almaq üçün Azərbaycan həm siyasətçilərlə işi yaxşılaşdırmalı, həm də kütləvi-informasiya vasitələrinin bu yalan məlumatlarına qarşı mübarizəni gücləndirməlidir”, – deyə Y.Hirose bildirib.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts