Yanvarda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,2 milyon ton neft daşınıb

Tokio, 19 fevral, /AJMEDIA/

Cari ilin yanvarında magistral neft kəmərləri ilə 2 milyon 980,7 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, nəqletmənin 77,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 299,9 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 430,1 min ton tranzit nefti də nəql edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts