Tokio, 11 iyun , /AJMEDIA/
Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, qazın 5,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 10,6 milyard kubmetri “Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.