Yanvar ayına olan hava proqnozu

Tokio, 30 dekabr , /AJMEDIA/

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının 5-dək hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6° isti, üçüncü ongünlüyün bəzi günlərində 3°-dək şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 4°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 18-28 millimetr).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8°, bəzi günlərdə 10-15° şaxta, dağlarda 18-20° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 2-7° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 14-25 millimetr).
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3° şaxtadan 1°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6°, bəzi günlərdə 10-15° şaxta, gündüzlər 1-6° isti, bəzi günlərdə 2-7° şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 16-28 millimetr).
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 0-5° isti, bəzi günlərdə 4-9° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 3°-dək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 10-32 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1° şaxtadan 4°-dək isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı bildirilir (norma 22-49 millimetr).
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 4°-dək isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimal edilir (norma 17-31 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 1-6° isti, bəzi günlərdə 1-6° şaxta, dağlarda 10-15° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 0-3° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 44-98 millimetr).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts