Yəhya Babanlının yeni kitabı çapdan çıxır

Tokio, 25 oktyabr , /AJMEDIA/

Tarix üzrə fəlsəfə doktoru, diaspora üzrə ekspert Yəhya Babanlının yeni kitabı çapdan çıxır.

AJMEDIA xəbər verir ki, “Diasporologiya” adlı bu monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunur.

Monoqrafiyada ilk dəfə Azərbaycanda yeni elm sahəsi kimi “diasporologiya”nın nəzəri-praktiki izahı verilir. Müasir dövrün əsas aktorlarından birinə çevrilən və etnik məzmun daşıyan mürəkkəb konstruksiyalı “xalq diplomatiyası”, “beynəlxalq icma” və “yumşaq güc” statusuna yiyələnən diasporun dəyişən dünya kontekstində yerindən və rolundan bəhs olunur.

Miqrasiya prosesləri nəticəsində yaranan diaspor potensialının effektiv idarə edilməsi və lobbi fəaliyyətinin düzgün yönləndirilməsi kimi vacib mətləblərə toxunulur. Dörd fəsildən ibarət kitabda diaspor anlayışının yaranması və təkamülü izlənilib, müxtəlif xalqların timsalında diasporun fəaliyyəti, onun siyasiləşməsi və lobbiləşməsi prosesləri nəzərdən keçirilib, habelə Azərbaycan diasporu və lobbisinin formalaşmasına və inkişafına diqqət yetirilib.

Kitab mütəxəssislər, ekspertlər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts