XRİTDX:“Huawei” ilə “5G” texnologiyaları və “bulud” xidmətləri sahəsində əməkdaşlıq müzakirə olunub

Tokio, 4 noyabr , /AJMEDIA/

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və şirkətin digər nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə tərəflər İKT üzrə infrastruktur layihələri, yeni nəsil “5G” texnologiyaları və “bulud” xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edilib.

“Huawei” şirkətinin nümayəndələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “CIDC-2023” tədbirində iştirak etməkdən məmnunluq duyduqlarını bildiriblər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Xidmət ilə “Huawei” şirkəti arasında əməkdaşlıq sahəsində böyük perspektivlərin olduğunu vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts