“Xocalıya ədalət!” sülh və birgəyaşayış istəyidir

Tokio, 26 fevral, /AJMEDIA/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası şəhərləri, ölkələri aşaraq qitələri dolaşmağa başlayıb. “Xocalıya ədalət!”. Bu, ümumdünya sülh çağırışıdır. Sürətlə qloballaşan və mürəkkəbləşən müasir dünyada münaqişələr artdıqca “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının fəlsəfi mahiyyəti daha aydın hiss olunur.

AJMEDIA xəbər verir ki, Azərbaycan xalqı hər zaman milli və dini mənsubiyyətinə, siyasi maraqlara görə insanların və xalqların əzilməsinə qarşı olub. Bəli, bir ağızdan və ürək dolusu duyğularla “Xocalıya ədalət!” çağırışı edərik ki, bir daha dünyada belə acılar, milli fəlakətlər olmasın.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında səsimizə səs verən ölkə qardaş Türkiyədir. Ali təhsil ocaqlarında, orta məktəblərdə, kütləvi tədbirlərdə eşidilən “Xocalıya ədalət!” bütün dünyanın ehtiyac duyduğu sülh və birgəyaşayış istəyidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts