XİN: Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır

Tokio, 16 may , /AJMEDIA/

Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan fikirləri qəbuledilməzdir.
AJMEDIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasına istinadən söylədiyi “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır” fikirlərinə dair bəyanatında bildirilib.
Qeyd edilib ki, bu məsələdə ölkəmizin mövqeyi hər kəsə məlumdur.
Bildirilib ki, Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenlimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts