XİN: Azərbaycan erməni hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq geri qaytarıb

Tokio, 23 may , /AJMEDIA/

Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb.
AJMEDIA xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiası ilə bağlı səsləndirdiyi əsassız fikirlərə dair şərhində yer alıb.
“Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş iki Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur”, – deyə məlumatda qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts