XƏBƏRDARLIQ: Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Tokio, 8 sentyabr , /AJMEDIA/

Sentyabrın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli, intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, proses güclü küləklə müşahidə olunacaq, küləyin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Belə ki, sentyabrın 10-u səhərdən 11-i gündüzədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23, arabir 25-30 metr olacağı, sentyabrın 10-da səhər və gündüz bəzi yerlərdə arabir 33-38 metrədək şiddətlənəcəyi ehtimal edilir.

Havanın temperaturunun 5-8° enəcəyi, gecə və gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 10-dan 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi-Zəngəzur zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20, bəzi yerlərdə arabir 23-28 metr olacağı, sentyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 30-35 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Aran rayonlarında gecə 15-19°, gündüz 23-28° isti, dağlıq rayonlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts