Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Tokio, 26 may , /AJMEDIA/

Ukraynanın Xarkov şəhərindəki “Epitsentr” hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölən 10 nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib, 43 nəfər yaralanıb.

Xatırladaq ki, mayın 25-də Rusiya qoşunları tərəfindən Xarkova zərbələr endirilib, şəhərdə partlayışlar baş verib, raketlərdən biri “Epitsentr”ə düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts