Tokio, 21 fevral, /AJMEDIA/
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub.
AJMEDIA Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə planlaşdırılan səfərini müzakirə ediblər.
Xatırladaq ki, İsrail Prezidenti İshaq Hersoqun martın 9-da Türkiyəyə iki günlük səfəri təsdiqlənib.