Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfərə yola düşüb

Tokio, 19 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts