Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

Tokio, 7 avqust, /AJMEDIA/

Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

XİN-dən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts