Xankəndi-Laçın yolu : Kəskin hava şəraiti aksiya iştirakçılarını qətiyyən qorxutmur

Tokio, 21 dekabr , /AJMEDIA/

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq on gündür davam edir.
AJMEDIA xəbər verir ki, dekabrın 20-də günorta saatlarından yağan qar Şuşanı ağ örpəyə bürüyüb. Havanın şaxtalı, ərazinin qar olmasına baxmayaraq, aksiya iştirakçıları Xankəndi-Laçın yolundadırlar. Onlar mütəmadi olaraq ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts