Tokio, 30 yanvar , /AJMEDIA/
Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çıxış edib.
Filarmoniyanın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev və Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.
İfaçıları Şəhriyar Tağıyevin bədii rəhbərliyi ilə “Estrada” ansamblı müşayiət edib.