Xalq artisti Əhməd Bakıxanovun xatirəsi anılıb

Tokio, 1 aprel , /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir təşkil edilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzin foyesində sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Əməkdar incəsənət xadimi Hafiz Quliyev Əhməd Bakıxanovun Azərbaycan xalq musiqisinin inkişafındakı rolundan danışıb. Qeyd olunub ki, Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib. Yaratdığı ansambl bir çox görkəmli xanəndələri – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Ə.Bakıxanovun böyük xidməti var. Onun yaratdığı bir çox melodiyalar, musiqi rəngləri xalq ifaçılığında geniş yayılıb. Musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.
Tədbir BMM-nin solistlərinin ifasında təqdim olunan konsert proqramı ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts